Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
== Tərkibi ==
5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot.
Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq.
== Hazırlanması qaydası ==
Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.